150
Məzmur 150 
 
1 Rəbbə həmd edin!   
   
 
Müqəddəs məskənində Allaha həmd edin!  
Möhtəşəm göy qübbəsində Ona həmd edin!   
2 Qüdrətli işləri üçün Ona həmd edin!  
Bol əzəmətinə görə Ona həmd edin!   
   
 
3 Şeypur səsi ilə Ona həmd edin!  
Çənglə, lira ilə Ona həmd edin!   
4 Dəflə, rəqslərlə Ona həmd edin!  
Sazla, tütəklə Ona həmd edin!   
5 Xoş səsli sinclərlə Ona həmd edin!  
Cingildəyən sinclərlə Ona həmd edin!   
6 Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin!  
   
 
Rəbbə həmd edin!