18
Babilin dağılması
Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. *O, uca səslə nida edib dedi:
«Dağıldı! Böyük Babil dağıldı!
O, cinlərin məskəni,
Hər cür natəmiz ruhun sığınacağı,
Hər cür murdar quşun yuvası,
Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.*
*Çünki bütün millətlər
O qadının coşğun əxlaqsızlıq şərabından içdi.
Yer üzünün padşahları
Onunla əxlaqsızlıq etdi.
Dünyanın tacirləri
Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».
*Mən göydən belə deyən başqa bir səs də eşitdim:
«Ey Mənim xalqım, oradan çıxın ki,
Onun günahlarına şərik olmayasınız,
Onun uğrayacağı bəlalara düçar olmayasınız.
*Çünki onun günahları qalaqlanıb göyə çatdı,
Allah onun haqsız işlərini yada saldı.
*O nə etdisə,
Siz də əvəzində ona belə edin.
Əməllərinin əvəzini ona ikiqat verin.
Tökdüyü kasadakı şərabın
İkiqatını töküb ona verin.
*Özünü nə qədər izzətləndirib
Şəhvətpərəstlik içində yaşadısa,
Ona o qədər də işgəncə və yas verin.
Çünki ürəyində deyir:
“Mən mələkə taxtında oturmuşam,
Dul deyiləm, əsla yas tutmayacağam”.
Buna görə də bir günün içində
Onun üstünə bəlalar gələcək,
Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq.
Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».
*Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər. 10 Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər:
«Vay, vay halına, böyük şəhər,
Möhkəm şəhər Babil!
Çünki bir saat içində cəzan çatdı».
11  *Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını – 12  *qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı; 13 darçın, hil,§ buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır. 14 Onlar deyirlər:
«Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı,
Bütün cah-calallı malların yox oldu.
Heç kəs onları bir daha tapmayacaq».
15  *Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:
16 «Vay, vay halına,
İncə kətan, tünd qırmızı, al rəngli
Parçalardan paltar geyən,
Qızıl, qiymətli daşlar və mirvarilərlə
Bəzənən böyük şəhər!
17  *Çünki bu qədər var-dövlət
Bir saat içində viran oldu».
Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq 18 onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» 19 Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər:
«Vay, vay halına,
Dənizdə gəmisi olanların hamısının
Oranın çox qiymətli malları ilə
Varlandığı böyük şəhər!
Çünki bir saat içində viran oldun».
 
20  *Ey göylər,
Müqəddəslər, həvarilər və peyğəmbərlər,
Onun halını bayram edin!
Onun sizin üçün çıxartdığı hökmü
Allah onun öz başına gətirdi.
21  *Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi:
«Böyük şəhər Babil də
Belə zorakılıqla yıxılacaq,
Bir daha görünməyəcək.
22  *Çəng çalanların, müğənnilərin,
Tütək və şeypur çalanların səsi
Artıq səndən gəlməyəcək.
Hər cür sənətlə məşğul olan sənətkar
Artıq səndə olmayacaq.
Dəyirman səsi də
Artıq səndən gəlməyəcək.
23  *Çıraq işığı
Artıq səndə görünməyəcək.
Bəy-gəlin sədası
Artıq səndən gəlməyəcək.
Çünki sənin tacirlərin
Yer üzünün böyük adamları idi,
Bütün millətlər
Sənin sehrbazlığınla aldanmışdı.
24  *Peyğəmbərlərin, müqəddəslərin və
Yer üzündə kəsilənlərin hamısının qanı
O şəhərdə üzə çıxdı».
* 18:2 Yeş. 13:19-21; 21:9; Yer. 50:39; 51:8; Vəhy 14:8 * 18:2 Hər cür murdar quşun … oylağı oldu – bəzi əlyazmalarda Hər cür murdar və mənfur quşun yuvası oldu. * 18:3 Yeş. 23:17; Yer. 51:7 18:3 İçdi – bəzi əlyazmalarda içib dağıldı. * 18:4 Yeş. 48:20; Yer. 50:8; 51:6,45 * 18:5 Yar. 18:20-21; Yer. 51:9 * 18:6 Zəb. 137:8; Yer. 50:29 18:6 O nə etdisə – bəzi əlyazmalarda O sizə nə etdisə. * 18:7 Yeş. 47:7-9 * 18:9 Yez. 26:16-18 * 18:11 Yez. 27:31,36 * 18:12 Yez. 27:12-13,22 § 18:13 Hil – bəzi əlyazmalarda bu söz yoxdur. * 18:15 Yez. 27:31,36 * 18:17 Yeş. 23:14; Yez. 27:26-34 * 18:20 Qanun. 32:43; Yer. 51:48 * 18:21 Yer. 51:63-64 * 18:22 Yeş. 24:8; Yez. 26:13 * 18:23 Yer. 7:34; 16:19 * 18:24 Yer. 51:49