83
Məzmur 83
Bir ilahi.
Asəfin məzmuru.
Ey Allah, susub səssiz durma!
Ey Allah, sakit olma!
Budur, düşmənlər qiyamət qoparır,
Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.
Xalqına qarşı fənd işlədirlər,
Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.
Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək,
İsrailin adı xatırlanmasın deyə onları yox edək».
Ürəkləri bir olaraq qərara gəliblər,
Sənə qarşı bunlar əhd ediblər:
Edomlular, İsmaillilər,
Moavlılar, Həcərlilər,
Geval, Ammon, Amaleq,
Filişt və Sur əhalisi.
Aşşur da onlara qoşulub,
Lutun övladlarına kömək edir.
Sela
 
* * Başlarına gətir Midyanlılara etdiklərini,
Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.
10 Onlar En-Dorda həlak oldular,
Torpaq üçün peyin oldular.
11 * Əsilzadələrini Orev və Zeev kimi et,
Bütün ağalarını Zevah və Salmunna kimi et.
12 Onlar demişdilər:
«Allahın otlaqlarına sahib olaq».
 
13 Ey Allahım, onları sovrulan toza,
Küləyin süpürdüyü saman qırıntısına çevir.
14 Meşəni yandıran od kimi,
Dağları alışdıran alov kimi
15 Onları tufanınla qov,
Qasırğanla dəhşətə sal.
16 Ya Rəbb, onların üzünü xəcalətə bürü,
Qoy Sənin ismini axtarsınlar.
17 Əbədilik utanaraq vəlvələyə düşsünlər,
Rüsvay olub yox olsunlar.
18 Bilsinlər ki, Sənin ismin Rəbdir,
Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!
* 83:9 Hak. 7:1-23 * 83:9 Hak. 4:6-22 * 83:11 Hak. 7:25; 8:12