12
İordan çayının şərq tərəfində Musanın qalib gəldiyi padşahlar 
 
1  İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər.  
2 Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı,  
3 şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi.  
4 Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi.  
5 O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi.   
6  Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi.   
İordan çayının qərb tərəfində Yeşuanın məğlub etdiyi padşahlar 
 
7 Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır:  
8 Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi.   
9 Yerixo padşahı;  
Bet-Elin yanındakı Ay şəhərinin padşahı;   
10 Yerusəlim padşahı;  
Xevron padşahı;   
11 Yarmut padşahı;  
Lakiş padşahı;   
12 Eqlon padşahı;  
Gezer padşahı;   
13 Devir padşahı;  
Geder padşahı;   
14 Xorma padşahı;  
Arad padşahı;   
15 Livna padşahı;  
Adullam padşahı;   
16 Maqqeda padşahı;  
Bet-El padşahı;   
17 Tappuah padşahı;  
Xefer padşahı;   
18 Afeq padşahı;  
Laşşaron padşahı;   
19 Madon padşahı;  
Xasor padşahı;   
20 Şimron-Meron padşahı;  
Akşaf padşahı;   
21 Taanak padşahı;  
Megiddo padşahı;   
22 Qedeş padşahı;  
Karmeldəki Yoqneam padşahı;   
23 Nafot-Dordakı Dor padşahı;  
Qilqaldakı Qoyim padşahı;   
24 Tirsa padşahı.  
Bütün padşahlar cəmi 31 nəfər idi.