25
Bildad 
 
1 Şuahlı Bildad belə cavab verdi:   
2 «Səltənət və zəhm Allaha məxsusdur,  
Uca göylərdə nizam quran Odur.   
3 Orduları saya gələrmi?  
İşığı kimin üzünə doğmaz?   
4 Fani insan Allah qarşısında necə saleh ola bilər?  
Qadından doğulan necə təmiz ola bilər?   
5 Bax Onun gözündə ay belə, parlaq deyilsə,  
Ulduzlar belə, pak deyilsə,   
6 Torpaq qurduna bənzər fani insan necə ola bilər?  
Axı bəşər oğlu bir cücüyə bənzər».