18
Allahın Kuşa cəza verməsi 
 
1 Kuş çaylarının o tərəfində yerləşən,  
Qanad vızıltıları eşidilən ölkənin vay halına!   
2 Dəniz yolu ilə, qamış qayıqları ilə  
Bu ölkə elçilər göndərir!  
Ey sürətli qasidlər, yola düşün!  
Çaylarla bölünmüş ölkəyə,  
Ucaboylu, parlaq dərili millətin,  
Hər yanda qorxu doğuran xalqın,  
Güclü və işğalçı millətin yanına gedin!   
   
 
3 Ey bütün yer üzündə yaşayanlar!  
Ey dünya sakinləri!  
Dağların zirvəsinə bayraq dikələndə baxın!  
Şeypur çalınanda eşidin!   
4 Çünki Rəbb mənə belə deyir:  
«Günəş şüalarından yaranan qızmarlıq kimi,  
Biçin vaxtının istisində şeh buludu kimi  
Sakitcə məskənimdən baxacağam».   
5 Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəl  
Üzümlər qora bağlayanda  
O, bağ qayçıları ilə pöhrələri kəsəcək,  
Şaxələnmiş budaqları qırıb atacaq.   
6 Hamısı dağın yırtıcı quşlarına,  
Yerin vəhşi heyvanlarının qarşısına atılacaq.  
Yayda yırtıcı quşlara,  
Qışda bütün vəhşi heyvanlara yem olacaq.   
   
 
7 O vaxt çaylarla bölünmüş ölkə  
Ucaboylu, parlaq dərili xalq,  
Hər yanda qorxu doğuran xalq  
Güclü və işğalçı millət  
Ordular Rəbbinə,  
Ordular Rəbbinin adını qoyduğu yerə –  
Sion dağına xərac gətirəcək.