12
Şükür məzmuru 
 
1 O gün sən, ey İsrail, belə deyəcəksən:  
«Ya Rəbb, Sənə şükür edəcəyəm!  
Sən mənə qəzəblənirdin,  
Lakin qəzəbin söndü,  
Mənə təsəlli verdin.   
2  Allah xilasımdır,  
Ona güvənəcəyəm və qorxmayacağam,  
Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur,  
O mənə xilas verdi!»   
   
 
3 Sevinclə xilas mənbələrindən  
Su çəkəcəksiniz.   
4  O gün belə deyəcəksiniz,  
«Rəbbə şükür edin, Onun adını çağırın,  
Xalqlar arasında Onun işlərini bəyan edin,  
Onun adının ucalığını elan edin.   
5 Rəbbi tərənnüm edin,  
Çünki O, möhtəşəm işlər gördü,  
Qoy bütün dünya bunu bilsin!   
6 Ey Sion sakinləri, səsinizi ucaldın,  
Sevinclə çığırın,  
Çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür».