10
İsrail bir qollu-budaqlı meynədir ki,
Bol-bol bar gətirir.
Ancaq barı artdıqca
Qurbangahları da artırdı.
Torpağı bərəkətli olduqca
Daha gözəl olan müqəddəs daşları da düzəltdi.
Onların ürəkləri yalanla doldu,
Günahlarına görə də cəzalanacaqlar.
Rəbb onların qurbangahlarını dağıdacaq,
Müqəddəs daşlarını sındıracaq.
 
Onda onlar deyəcək:
«Bizim padşahımız yoxdur,
Çünki biz Rəbdən qorxmadıq.
Padşahımız olsa da,
Bizə nə edəcəkdi?»
Əhd bağlayanda boş vədlər verir,
Yalandan and içirlər.
Buna görə də məhkəmə işləri
Şumlanmış tarladakı zəhərli ot kimi böyüyür.
Samariya sakinləri
Bet-Avendəki dana bütlərinə görə
Qorxuya düşəcək.
Onun üçün xalqı yas tutacaq.
Onun calalı ilə coşan kahinləri
Sürgünə aparıldığı üçün ağlayacaq.
Büt özü Aşşura – böyük padşaha
Hədiyyə aparılacaq.
Efrayim biabır olacaq,
İsrail aldığı məsləhətdən utanacaq.
Samariya və onun padşahı
Su üstündəki çubuq kimi
Axıb-gedəcək.
* İsrailin günahı olan
Avendəki * səcdəgahlar yox olacaq,
Onun qurbangahlarında
Tikan və qanqal bitəcək.
O zaman dağlara «Bizi örtün!»,
Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər.
 
* «İsrail Giveada keçirdiyi
Günlərdən bəri günah etdi.
Orada öz işlərini davam etdirdilər.
Şər adamlara qarşı müharibə
Onları Giveada yaxalamazmı?
10 Mən istədiyim zaman
Onları cəzalandıracağam.
Xalqlar onlara qarşı birləşib,
İkiqat cinayətlərindən ötrü
Onları əsir edəcək.
11 Efrayim əhliləşmiş,
Taxıl döyməyi sevən düyəyə bənzər.
Mən onun incə boynunu əsirgədim.
İndi isə Efrayimi sürdürəcəyəm.
Yəhuda yer şumlasın,
Yaqub isə dırmıq çəksin.
12 * Özünüz üçün salehlik əkin,
Məhəbbət bəhərini biçərsiniz.
Dincə qoyulmuş torpağınızı şumlayın,
Çünki Rəbbi axtarmaq vaxtıdır.
Nəhayət, O gəlib üstünüzə
Salehliyin nemətlərini yağdıracaq.
13 Amma siz pislik əkib,
Qəbahət biçdiniz.
Yalanın bəhərini yediniz.
Çünki öz üsulunuza,
Çoxlu cəngavərlərinizə güvəndiniz.
14 Xalqınızın içində müharibə gurultusu qopacaq,
Bütün qalalarınız dağılacaq,
Necə ki Şalman müharibə günündə
Bet-Arbeli dağıtdı,
Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı.
15 Ey Bet-El, pisliyinin çoxluğu üzündən
Səninlə də belə rəftar ediləcək.
Dan ağaranda İsrail padşahı həlak olacaq.
* 10:8 Luka 23:30; Vəhy 6:16 * 10:8 Aven – burada Bet-El, Allahın evi şəhəri pislik mənası verən bu sözlə adlandırılır. * 10:9 Hak. 19:1-30 * 10:12 Yer. 4:3